Pakistanın ləzzətlərini Azərbaycanın ürəyinə birləşdirin!
Keyfiyyətli düyü həvəskarı olaraq, Azərbaycana ən yaxşı taxılları gətiririk.
Premium düyü növlərimizlə yeməklərinizi daha dadlı edin.
Pakistanın ləzzətlərini Azərbaycanın ürəyinə birləşdirin! Keyfiyyətli düyü həvəskarı olaraq, Azərbaycana ən yaxşı taxılları gətiririk. Premium düyü növlərimizlə yeməklərinizi daha dadlı edin.
Düyü dənli bitkilər arasında düyü xüsusi olaraq fərqlənir. Düyü, bir çox ölkələrin əsil qidasını təşkil edir və dünya cəmiyyətinin demək olar ki, yarısını doyurur. Düyünün 40-dan çox növü mövcuddur. İnsan bədənində vitamin B1 ehtiyacını ödəyən düyü, enerji verir, bağırsaqları yaxşılaşdırır, qanda olan şəkəri tənzimləyir və yaşlanma müddətini azaltmağa kömək edir.
Düyünün digər faydaları aşağıdaki kimidir:
Vitamin və mineralların bərpa edicisidir
Düyüdə B1, B2, C və E vitaminləri ilə birlikdə natrium, maqnezium, kalium, kalsium, dəmir və fosfor mineralları da yer alır.
Enerji təmin edən mənbədir
Düyü, tərkibində olan karbohidratlar sayəsində bədənə enerji qazanır və beyin fəaliyyətini də dəstəkləyir.
Xolesterini azaldır
Düyünün tərkibində bədənə ziyanlı xolesterin yoxdur, buna görə də düyü mötədil bir yemək proqramının əsasını təşkil edə bilər.
Möhkəm nişasta ilə zəngindir
Düyünün tərkibində möhkəm nişasta vardır ki, bu da mədədə həzm olunmur və bağırsağa keçərək faydalı bakteriyaların formalaşmasına kömək edir.
Qan təzyiqini nizamlar
Düyünün tərkibində az miqdarda natrium olduğu üçün yüksək qan təzyiqi olan insanlar üçün faydalıdır.
Xərçəngə qarşı qoruyucudur
Düyünün tərkibində qəhvə rəngli həzm olunmayan liflər var ki, bu liflər xərçəng riskini azaldır.
Dizenteriya xəstəliyinə qarşı müdafiədir
Düyü kəpəyi dizenteriya xəstəliyinə qarşı effektiv dərman kimi bilinir. Üçillik düyünün kəpəyi isə sidikqovucu kimi işləyir, iştahı artırır və mədə problemlərini müalicə edir.
Ürək-damar sağlamlığını dəstəkləyir
Düyü kəpəyinin yağı antioksidan xüsusiyyətlərə sahibdir. Bu yağ xolesterinin səviyyəsini azaldır və ürək-damar sisteminin qüdrətini artırır.
Xroniki qəbizliyə qarşı müalicəvidir
Düyünün tərkibindəki həzm olunmayan liflər rahat şəkildə bağırsaqlara daxil olur. Qəhvəyi düyünün tərkibində bu liflərin miqdarı daha çoxdur. Həkimlər, düyünün çox sərf edildiyi hallarda maye miqdarını artırmağı tövsiyə edirlər.
Diabet xəstəliyinə yaxşı gəlir
Əgər diabet xəstələri qəhvəyi düyü istifadə edərlərsə, bu onlara daha faydalı olar. Gün ərzində bir fıncan qəhvəyi düyü yeməklə, manqana ehtiyacının 100%-ni təmin edə bilərsiniz.
Hazırlanma Qaydası
1. Düyünü öncədən duzlu soyuq suda 2 saat saxlayın
2. 2 saat saxladıqdan sonra düyünü yaxşıca yuyun və öncədən qazanda qaynayan suya əlavə edin
3. 10-15 dəqiqə bişirin və düyü hazırdır
Mikrodalğa üsulu
1. Düyünü qaba tökün
2. 1.5 stəkan su əlavə edin, mikrodalğalı sobada orta temperaturda 12-15 dəqiqə ərzində bişirin
3. Süfrəyə verməzdən əvvəl 5 dəqiqə gözləyin. Nuş olsun!
Servis başına kalori miqdarı | 170 Kkal |
Ümumi yağ | 0 q |
Doymuş yağ | 0 |
Trens Yağ | 0 |
Xolesterol | 0 mq |
Natrium | 0 mq |
Ümumi karbohidrat | 35 q |
Pəhriz lifi | < 1 q |
Ümumi Şəkər | 0 mq |
Əlavə edilmiş şəkər | 0 q |
Protein | 4 q |
Vitamin D | |
Kalium | |
Dəmir | |
Potassium |